Böyük Britaniya və ABŞ Ukrayna məsələsini müzakirə edir

Dünya

27.02.2025 15:45

1145

Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona səfər edərək ABŞ prezidenti Donald Trampla bir sıra mövzularda, o cümlədən Ukrayna məsələsində danışıqlar aparır.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Ukraynada uzunmüddətli sülh üçün effektiv təhlükəsizlik zəmanətləri tələb olunur. Onların hansı formada olacağı və ABŞ-nin hansı səviyyədə dəstək göstərəcəyi intensiv müzakirələrin mövzusu olacaq” deyə Starmer Vaşinqtona gedərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-nin iştirakı olmadan Ukraynada atəşkəsin qorunması çətin olacaq.

Daha sonra, Vaşinqtondakı Britaniya səfirliyində çıxış edən Starmer ABŞ-lə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib:

“Tarix göstərir ki, Böyük Britaniya və ABŞ birgə çalışanda böyük hadisələr baş verir.”

Qiymət Mahir

tag: Böyük Britaniya,Kir Starmer ,Vaşinqton,ABŞ,todaypress.az,