Böyük Britaniyada təyyarəsi qəza enişi etdi
Böyük Britaniyanın “Tui” aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşduqdan sonra qəza enişi edib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Qetvik aeroportundan Kabo-Verdeyə uçan təyyarə qu quşu ilə toqquşduqdan sonra məcburi eniş etməli olub.
Hadisə təyyarə təxminən 300 metr yüksəklikdə olarkən baş verib.
Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyib.
tag: Qəza,Təyyarə,Eniş,Böyük Britaniya,Todaypress.az,