Braziliya BRİKS-ə rəhbərlik edəcək – Tarix və məkan təsdiqləndi
2025-ci ildə BRİKS sammiti 6-7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə BRİKS-in mətbuat xidməti məlumat yayıb.
“2025-ci ildə BRİKS sammitinin keçiriləcəyi tarix və məkan təsdiqlənib. O, 6-7 iyul tarixlərində Rio-de-Janeyroda baş tutacaq” açıqlamada qeyd olunur.
Braziliya 1 yanvar 2025-ci ildən etibarən BRİKS-ə sədrlik etməyə başlayıb. Ondan əvvəl, 2024-cü ildə bu vəzifəni Rusiya icra edirdi.
Qiymət Mahir
tag: BRİKS ,2025,Braziliya,Rio-de-Janeyro,todaypress.az,