Braziliyada taxıl istehsalı rekord həddə çatacaq
Braziliyada taxıl, paxlalı və yağlı toxum istehsalı 2025-də rekord həddə – 323,8 milyon tona çatacaq.
TodayPress xəbər verir ki, bu barədə Braziliya Coğrafiya və Statistika İnstitutu (IBGE) məlumat yayıb.
Bildirilib ki, bu, 2024-cü illə müqayisədə 10,6 faiz (31,1 milyon ton) artım deməkdir.
Mütəxəssislər artımı ölkənin əsas kənd təsərrüfatı məhsulu olan soyanın istehsalının 13,4 faiz artaraq 164,4 milyon tona çatması ilə əlaqələndirirlər.
Qeyd edək ki, 2025-ci ildə 81 milyon hektar sahədə əkin aparılacaq ki, bu da ötən illə müqayisədə 2,4 faiz çoxdur.
Qiymət Mahir
tag: Braziliya,Taxıl,İstehsal,Rekord,Todaypress.az,