Brilyant qiymətləri artmağa davam edir

Dünya

18.03.2025 18:20

1756

Martın ikinci həftəsində brilyantların qiymət artımı davam edib.

TodayPress xəbər veirir ki, “RapNet Diamond Index” (RAPI) göstəricilərinə görə, bəzi kateqoriyalarda nəzərəçarpacaq qiymət artımı qeydə alınıb.

Martın əvvəlindən bəri ən yüksək qiymət artımı 0,3 karatlıq brilyantlarda müşahidə olunub 5,38%. 0,5 karatlıq daşların qiyməti isə 1,85% artıb.

Bu iki kateqoriya kütləvi bazarın əsas hissəsini təşkil etdiyindən, onların bahalaşması təchizat zəncirində ehtiyatların azalması ilə izah olunur.

Eyni zamanda, 3 karatlıq brilyantların qiymətləri də artıb ki, bu da tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Mütəxəssislər hesab edirlər ki, brilyant ehtiyatlarının azalması ilə bağlı davam edən qiymət artımı sənayedə müsbət ab-hava yaradır və bazarın normallaşmasına işarə edir.

Qiymət Mahir

tag: Brilyant,Qiymət,Dollar,Artım,Todaypress.az,