Britaniya 2027-ci ilə qədər müdafiə xərclərini artıracaq

Dünya

25.02.2025 19:20

3010

“Böyük Britaniyanın müdafiə xərcləri krallığın ümumi daxili məhsulunu (ÜDM) 2,3%-dən 2,5%-ə qədər çatdıracaq”.   

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentin İcmalar Palatasında çıxışı zamanı bildirib.   

"Bu gündən mənim hökumətim Soyuq Müharibənin bitməsindən bəri müdafiə xərclərinin ən böyük artımı üzərində işə başlayacaq. Biz ÜDM-nin 2,5%-ni müdafiəyə xərcləmək öhdəliyimizi yerinə yetirəcəyik və 2027-ci ildə bu hədəfə planlaşdırdığımızdan daha tez nail olacağıq" deyə o qeyd edib.   

Starmer əlavə edib ki, növbəti parlament seçkilərindən sonra müdafiə xərclərini ÜDM-nin 3%-nə çatdırmağı qarşıya məqsəd qoyacaqlar.   

Baş nazirin sözlərinə görə, bu, 2027-ci ildən krallığın müdafiə xərclərinin ildə 13,4 milyard funt sterlinq (16,95 milyard dollar) artacağı deməkdir.   

Qeyd edək ki, Britaniya müdafiə xərclərini artırmaq üçün digər ölkələrə verdiyi yardımın məbləğini 2027-ci ildən hazırkı 0,5%-dən ÜDM-nin 0,3%-nə endirəcək.   

Aysel Mətləb

tag: Böyük Britaniya,Baş Nazir,Kir Starmer,Müdafiə,Todaypress.az,