Britaniya “Apple”ı casusluğa məcbur edir

Dünya

08.02.2025 18:30

934

Böyük Britaniyanın hüquq-mühafizə və xüsusi-xidmət orqanları ABŞ şirkəti “Apple”dan dünya üzrə istənilən istifadəçinin şəxsi məlumatlarına çıxış imkanı verən arxa qapı yaratmağı tələb edib.

TodayPress xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Söhbət “iPhone” və ya digər markaların milyonlarla qədcet sahibinin “iCloud” bulud xidmətinə yüklədiyi məlumatlardan gedir. Britaniya hökumətinin bu sifarişi yanvar ayında etdiyi açıqlanıb. 

Qeyd edilib ki, Britaniya hakimiyyətinin bu tələbləri hansı səbəblər ilə etdiyi məlum deyil.

Əgər “Apple” şifrələməni söndürmək məcburiyyətində qalarsa, Britaniya xüsusi-xidmət orqanları öz vətəndaşlarına qarşı gizli casusluq edə biləcək.

Həmçinin şirkətin istifadəçilərə hesablarında şifrələmənin söndürülməsi barədə xəbərdarlıq etməsi qadağan edilib. “Apple” şirkəti məhkəməyə müraciət edə və ya apellyasiya şikayəti verə bilər. 

Bununla belə, Britaniya yerli qanunlarına əsasən, Amerika şirkəti şikayətinə məhkəmədə baxılarkən hökumətin tələblərini yerinə yetirməli olacaq.

Nicat Osman

tag: Casus,Britaniya,Apple,ABŞ,Todaypress.az,