Britaniya Arktikada hərbi fəaliyyəti genişləndirir
Böyük Britaniya Arktikada və Yüksək Şimalda hərbi fəaliyyətini gücləndirməyə çağıran bir hesabat hazırlayır.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Hökumətin müdafiə hesabatında bölgədə buzların əriməsi və artan giriş imkanları səbəbindən Arktikanın getdikcə daha mübahisəli bir bölgəyə çevrildiyi bildirilib.
Sənəd NATO-nun keçmiş baş katibi Corc Robertson və müstəqil ekspertlər tərəfindən hazırlanır və 2025-ci ilin birinci yarısında dərc ediləcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: Britaniya,Arktika,Hərbi,Fəaliyyət,