Britaniya avtomobil şirkəti ABŞ-yə tədarükdən imtina edir
Britaniyanın “Jaguar Land Rover” şirkəti aprelin 7-dən etibarən ABŞ-yə avtomobillərinin ixracını dayandıracaq.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, bu qərar ABŞ prezidenti Donald Trampın xaricdən idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etmək qərarına gəlməsi ilə əlaqədar verilib.
Son məlumatlara görə, satılan “Jaguar Land Rover” avtomobillərinin demək olar ki, dörddə biri Şimali Amerika bazarında olub.
Agentlik bəyan edib ki, digər iri avtomobil istehsalçıları da ABŞ-yə avtomobil tədarükü strategiyalarını nəzərdən keçirirlər.
tag: Britaniya,Avtomobil,ABŞ,Tədarük,İmtina,Todaypress.az,