Britaniya Fərhad Əhmədovla bağlı qərar verdi

Dünya

19.03.2025 17:18

2690

Böyük Britaniya Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yazılıb. 

Bildirilir ki, Avropa İttifaqı Şurasına 2022-ci il aprelin 8-dən iş adamına qarşı bütün məhdudlaşdırıcı tədbirləri ləğv etmək əmri verilib.

2024-cü ilin mayında isə Əhmədov Avropa İttifaqı Şurasına qarşı məhkəmədə qalib gəlib.   

Martın 15-də Aİ sanksiyalar siyahısına dəyişiklik edərək, onu siyahıdan çıxarıb. 

Türkan İsgəndərli

tag: Britaniya,Fərhad Əhmədov,İş adamı,Sanksiya,Todaypress.az,