Britaniya hipersəs raket mühərrikini sınaqdan keçirdi
Böyük Britaniya və ABŞ hipersəs raket mühərrikini sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Krallığın sənaye və ABŞ hökuməti ilə əməkdaşlığı sayəsində hipersəs mühərrikinin əsas sınaqlarının başa çatdırıldığı bildirilir. Qurğunun hərəkətverici sistemi raketin prototipini gücləndirmək məqsədi daşıyır.
"Biz daha təhlükəli bir dünyada yaşayırıq. Qüvvələrimizi gələcəyin texnologiyaları ilə təchiz etməklə yeniliklər etmək və düşmənlərimizi qabaqlamaq bizim üçün həmişəkindən daha vacibdir" Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.
Türkan İsgəndərli
tag: Britaniya,ABŞ,Raket,Hipersəs,todaypress.az,