Britaniya immiqrasiya siyasətini sərtləşdirir

Dünya

12.05.2025 19:00

11

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin immiqrasiya siyasətində ciddi dəyişikliklər ediləcəyini bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Baş nazir mətbuat konfransı zamanı bildirib ki, krallığın yeni siyasəti çərçivəsində kvalifikasiya tələbləri diplom səviyyəsinə qədər artırılacaq.

Bundan əlavə, ingilis dili biliyi üzrə tələblər də sərtləşdirilir və bu, himayə altında olan şəxsləri də əhatə edəcək. 

Yeni qaydalara əsasən, Böyük Britaniyada daimi yaşayış icazəsi almaq üçün tələb olunan müddət 5 ildən 10 ilə qədər uzadılacaq.   

Starmer vurğulayıb ki, bu addımlar miqrant axınının azaldılması məqsədi daşıyır. 

Aysel Mətləb

tag: Britaniya,İmmiqrasiya,Qayda,Sərtləşmə,Todaypress.az,