Britaniya "maliyyə stressi" ilə üzləşir
İngiltərə şirkətləri çətin bir ilə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 2024-cü ildə "kritik" maliyyə çətinliyinə girən Britaniya müəssisələrinin sayında narahatlıq doğuran artım qeydə alınıb.
“Kritik” maliyyə sıxıntısı 50,2% artaraq 46,853 şirkəti əhatə edib.
2024-cü ildə maliyyə sıxıntısını ən çox yaşayan sektorlara tikinti, dəstək xidmətləri, daşınmaz əmlak, bank xidmətləri daxildir.
Bildirilib ki, hotel, yaşayış, istirahət və mədəni fəaliyyətlər, pərakəndə satış, qida və dərman sektorları da maliyyə sıxıntısı ilə üzləşir.
Demək olar ki, hər bir sektorda növbəti 12 ayda ciddi müflisləşmə riski altında olan firmaların sayında görünməmiş bir artım olub. İqtisadiyyatın demək olar ki, hər sahəsində müşahidə olunan çətinlik İngiltərə biznesləri üçün hazırda vəziyyətin nə qədər çətin olduğunu göstərir.
Nicat Osman
tag: Böyük Britaniya,Maliyyə,Şirkət,Ofis,Satış,Todaypress.az,