Britaniya miqrasiya ilə bağlı qanunları dəyişdi

Dünya

31.03.2025 15:25

1755

Böyük Britaniya hökuməti miqrasiya sistemindən sui-istifadənin qarşısını almaq məqsədilə yeni sərt tədbirlərə start verir. 

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Bildirilir ki, bu çərçivədə gözəllik salonları, avtoyuma məntəqələri, tikinti sahələri və restoranlar əsas hədəf olacaq.

Yeni qaydalara əsasən, qeyri-qanuni miqrantları işlədən biznes sahibləri hər bir işçi üçün 60 min funt sterlinq cərimə ilə üzləşə bilər.   

Bundan əlavə, şirkət direktorlarının fəaliyyətləri dayandırıla, hətta beş ilə qədər həbs cəzası verilə bilər. 

Yeni tədbirlərin yaxın həftələrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. 

Türkan İsgəndərli

tag: Britaniya,Miqrasiya,Qanun,Dəyişiklik,Todaypress.az,