Britaniya neft və qaz tələbatının yarısını özü təmin edə bilər
Böyük Britaniya düzgün biznes şəraiti yaradılacağı təqdirdə ölkənin neft və qaz tələbatının təxminən yarısını daxili hasilatla ödəyə bilər. Bu isə idxaldan asılılığın azalmasına imkan şərait yaradar.
TodayPress xəbər verir ki, bu barədə “Offshore Energies UK” (OEUK) sənaye assosiasiyasının illik hesabatında qeyd olunub.
Assosiasiya Böyük Britaniyada ümumilikdə 4 milyard barel karbohidrogen hasilatının mümkün olduğunu, lakin əlavə olaraq Şimal dənizində 2–3 milyard barel ehtiyatın da çıxarıla biləcəyini bildirir.
Bunun üçün isə şirkətlərin investisiyaya təşviq olunması vacibdir.
Proqnozlara əsasən, 2050-ci ilə qədər Britaniyanın karbohidrogenlərə olan ümumi tələbatı 13–15 milyard barel neft ekvivalentində olacaq.
Bu müddətə qədər elektrik enerjisinə tələbat iki dəfədən çox artacaq, lakin ölkənin enerji tələbatının beşdə biri yenə də neft və qazın payına düşəcək.
Qiymət Mahir
tag: Britaniya,Neft,Qaz,Ehtiyat,Todaypress.az,