Britaniya polad sənayesinə 2,5 milyard funt sterlinq investisiya qoyacaq

Dünya

16.02.2025 16:30

2438

ABŞ Prezidenti Donald Tramp ABŞ-dən polad və alüminium idxalına 25% rüsum tətbiq etdikdən sonra Böyük Britaniya hökuməti ölkənin polad sənayesinə 2,5 milyard funt-sterlinq investisiya yatırmaq planlarını sürətləndirib. 

TodayPress xəbər verir ki, bu barədə “The Observer” məlumat yayıb.

Məlumata görə Böyük Britaniyanın biznes naziri Conatan Reynolds fevralın 16-da "Polad İstehsalı planı" adlı "yaşıl sənəd" dərc edəcək.

Reynolds bildirib ki, Tramp Ağ Evə qayıtmazdan əvvəl hökumət artıq Böyük Britaniyanın polad sənayesini genişləndirməkdə qərarlı idi, lakin ABŞ prezidentinin hərəkətləri daha təcili hərəkətə keçmə ehtiyacını yaradır.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Rüsum,Böyük Britaniya,todaypress.az,