Britaniya Rusiyanı iqtisadi təzyiqlə hədələdi
“Rusiya atəşkəsdən imtina edərsə, Qərb Moskvaya iqtisadi təzyiq göstərmək üçün bütün səylərini ortaya qoyacaq”.
TodayPress xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Onun sözlərinə görə, Rusiya nəhayət danışıqlar masasına oturarsa, Qərb atəşkəsin ciddi və davamlı sülh olmasını təmin etmək üçün ona nəzarət etməlidir.
Bildirilir ki, Avropa İttifaqının nümayəndələri Ukraynadakı münaqişə ilə bağlı videogörüş keçirəcəklər.
Söhbət zamanı Avropa ölkələrinin Ukraynaya hərbi və maliyyə cəhətdən necə kömək edə biləcəyi müzakirə olunacaq.
Türkan İsgəndərli
tag: Britaniya,Rusiya,Təzyiq,Kir Starmer,Todaypress.az,