Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Böyük Britaniya Rusiya əleyhinə “qara siyahı”nı beş maddə ilə genişləndirib.
TodayPress xəbər verir ki, yenilənmiş sanksiyalar Britaniya hökumətinin saytında nəşq olunub.
Məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.
Aşağıda adı çəkilənlər məhdudiyyətlərə məruz qalıb:
Sahibkar Artem Çayka;
Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selin;
Rusiya Federasiyası Müdafiə nazirinin müavini Pavel Fradkov;
“Kirov-Enerqomaş” zavodu;
“Rosatom Additive Technologies” şirkəti.
Böyük Britaniya Nazirlər Kabinetinin saytında verilən açıqlamaya görə, Çaykanın sanksiya siyahısına daxil edilməsinə səbəb onun Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olan Birinci Qeyri-Metallik Şirkətinə sahib olmasıdır.
Selin və Fradkov Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə xələl gətirən hərəkətlərə görə qara siyahıya salınıb.
“Rosatom Additive Technologies” və “Kirov-Enerqomaş” isə Rusiya “müdafiə sektoruna” dəstək verdiyi üçün məhdudiyyətlərə məruz qalıb.
Ümumilikdə, Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1700-dən çox fiziki və 384 hüquqi şəxs daxildir.
Aysel Mətləb
tag: Böyük Britaniya ,Rusiya ,Ukrayna,Sanksiya,todaypress.az,