Britaniya Sudana 120 milyonluq humanitar yardım ayırdı

Dünya

15.04.2025 21:50

14

Böyük Britaniya Sudandakı vətəndaş müharibəsinin ikinci ildönümü münasibətilə Londonda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkəyə 120 milyon funt sterlinq dəyərində yeni yardım paketini elan edib.

TodayPress  xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi tədbirdə Afrika İttifaqı və Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələrini qəbul edib.

O, bildirib ki, bu vəsait 2025–2026-cı maliyyə ili üçün nəzərdə tutulub və münaqişədən zərər çəkmiş 650 mindən çox sudanlının dəstəklənməsinə yönəldiləcək.

Bu yeni maliyyə yardımı 2023-cü ilin noyabrında açıqlanmış 113 milyon funt sterlinqlik paketə əlavə olaraq təqdim edilir.

tag: Sudan,Böyük Britaniya, Humanitar Yardım,London, Müharibə, XİN, todaypress.az,