Britaniya Ukrayna münaqişəsinin həllini açıqladı
ABŞ-nin Avropadakı hərbi mövcudluğuna yenidən baxılması Ukraynada atəşkəsin əldə olunmasına yardım edə bilər.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın “UnHerd” nəşrində dərc olunan məqalədə bildirilir.
Nəşrin fikrincə, əgər ABŞ prezidenti Donald Tramp və onun komandası Ukraynadakı münaqişənin tez bir zamanda sona çatdırılmasını ciddi şəkildə istəyirlərsə, Rusiyanın döyüş əməliyyatlarını dayandırmasını NATO-nun şərq cəbhəsi boyunca ABŞ hərbi kontingentinin azaldılması ilə şərtləndirmək daha effektiv strategiya ola bilər.
Materialda qeyd olunur ki, Kiyevə daha çox hərbi dəstək vəd etmək Moskvanı öz mövqeyini dəyişməyə vadar etməyəcək və davamlı sülhə nail olmaq baxımından real nəticə verməyəcək.
Qiymət Mahir
tag: Britaniya,Ukrayna,Münaqişə,Həll,Todaypress.az,