Britaniya Ukrayna üçün HHM sistemi hazırladı
Böyük Britaniyada Ukrayna üçün xüsusi olaraq yaradılmış “Gravehawk” zenit-raket kompleksinin rəsmi təqdimatı olub.
TodayPress xəbər verir ki, bu barədə “Forces news” nəşri məlumat yayıb.
Qeyd edilib ki, “Gravehawk” dronlara, qanadlı raketlərə və təyyarələrə qarşı mübarizə aparmaq üçün 18 ay ərzində sıfırdan hazırlanıb.
Kompleksin əsasını yerüstü buraxılış qurğusundan istifadə üçün uyğunlaşdırılmış SSRİ-nin R-73 hava-hava raketləri təşkil edir.
Nicat Osman
tag: Ukrayna,HHM,Zenit-Raket,Britaniya,Todaypress.az,