Britaniya Ukrayna üçün qaz maskası istehsal edir

Dünya

08.04.2025 19:04

15

NATO-nun sifarişi ilə Böyük Britaniyanın Uiltşir qraflığında yerləşən “Avon Protection” şirkəti Ukrayna ordusu üçün 65 mindən çox qaz maskası istehsal edir. Müdafiə təyinatlı bu sifariş milyonlarla funt sterlinq dəyərindədir.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.   

“Qaz maskaları Ukrayna üçün son dərəcə vacibdir. Onlara sınaqdan çıxmış və istifadəsi sadə olan bir məhsul lazımdır” deyə şirkətin nümayəndəsi bəyan edib.

Hazırda fərdi mühafizə vasitələrinin istehsalına start verilib və ilk partiyalar yaxın günlərdə Ukraynaya göndəriləcək. 

Qiymət Mahir

tag: Britaniya,Ukrayna,Qaz MAskası,İstehsal,Todaypress.az,