Britaniya Ukraynada atəşkəs planlarını rədd edir

Dünya

03.03.2025 18:35

1045

Böyük Britaniya və Fransa Ukraynada hərbi əməliyyatlara bir aylıq moratorium elan etmək planı ilə bağlı razılığa gəlməyiblər. 

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard "Times" radiosunun efirində bildirib.

Pollard Fransa prezidenti Emmanuel Makronun bəyanatını şərh etmək istənildikdə "Atəşkəsin necə ola biləcəyi ilə bağlı heç bir razılıq yox idi, ona görə də qeyd edilən təklifi qəbul etmirəm" deyə bildirib. Xatırladaq ki, Fransa lideri martın 2-də “Le Figaro” nəşrinə müsahibəsində bildirib ki, Paris və London Ukraynada hərbi əməliyyatlara bir aylıq moratorium təklif edirlər ki, bu da hava, dəniz və enerji infrastrukturunu əhatə edəcək. Daha sonra "BBC"nin efirində Britaniya Müdafiə Nazirliyinin rəis müavini izah edib ki, belə qısa bir atəşkəs yalnız Rusiyanın güclənməsinə xidmət edəcək.

Pollard martın 2-də Londonda keçirilən Ukrayna üzrə Avropa sammitinə toxunaraq əlavə edib: "Mən sülh planının strukturunun və ya ordunun necə olacağı, təhlükəsizlik təminatları barədə danışmaq iqtidarında deyiləm, lakin deyə bilərəm ki, müzakirələr müsbət olub. Avropa ölkələri arasında aydın anlaşma var ki, biz daha çox iş görməliyik".

Töhfə Səməd

tag: Fransa,Britaniya,Ukrayna,Pollard,todaypress.az,