Britaniya Ukraynanı ABŞ ilə danışıqlara hazırlaşdırır
Böyük Britaniya Ukraynaya ABŞ ilə danışıqlara hazırlaşmağa kömək edir.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Belə ki, Britaniya Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerikalı həmkarı Donald Tramp arasında baş verən mübahisənin təkrarlanmasının qarşısını almaq istəyir.
Nəşrin məlumatına görə, Britaniyanın Baş naziri Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Ukrayna nümayəndə heyətinə məlumat vermək üçün görüşdən əvvəl Kiyevə səfər edib və Zelenskidən Vaşinqtona güzəştə getməyini istəyib.
Qeyd edək ki, bu həftə ərzində ABŞ və Ukrayna rəsmilərinin Səudiyyə Ərəbistanında görüşəcəyi bildirilir.
Türkan İsgəndərli
tag: Britaniya,Ukrayna,ABŞ,Rusiya,Danışıqlar,Todaypress.az,