Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazırdır

Dünya

17.02.2025 10:07

2123

Böyük Britaniya Baş naziri Kir Starmer Rusiya ilə münaqişəyə son qoyulması ilə bağlı razılıq əldə olunarsa, Britaniya sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyünü təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, London Kiyev üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır:

Baş nazir vurğulayıb ki, təhlükəsizlik zamanətinə Ukrayna hərbçilərinə davamlı dəstək də daxildir. 

Böyük Britaniya Ukraynaya 2030-cu ilə qədər hər il 3 milyard funt sterlinq (6.4 milyard manat) xərcləməyi öhdəsinə götürüb. 

Həmçinin lazım gələrsə, Ukraynada Britaniya qoşunlarını yerləşdirmək nəzərdə tutulub. 

Qeyd edək ki, Baş nazir ABŞ ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün yaxın günlərdə Trampla görüşməyi planlaşdırdığını bildirib.

Nicat Osman

tag: Böyük Britaniya,London,Kiyev,Ukrayna,Todaypress.az,