Britaniya: “Ukraynaya dəstək Estoniyanın təhlükəsizliyi hesabına olmayacaq”
Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, əgər Birləşmiş Krallıq Ukrayna ərazisinə qoşun göndərmək qərarına gələrsə, bu, Estoniyanın təhlükəsizliyinə zərər verməyəcək.
TodayPress xəbər verir ki, onun bu açıqlamasını Estoniyanın “ERR” agentliyi yayıb.
“İstəkli ölkələr koalisiyası” çərçivəsində Ukraynaya hərbçi göndərilməsi ehtimalı fonunda Estoniyada Britaniyanın bu addımı regiondakı öhdəliklərinə xələl gətirmədən ata bilib-bilməyəcəyi ilə bağlı narahatlıq yaranıb.
“Mən şəxsən Estoniyaya və NATO-nun şərq cinahına sadiqəm. Bu, şəxsi öhdəliyimdir. Biz ‘istəkli koalisiya’ çərçivəsində hansısa qüvvə yerləşdirmə və ya öhdəlik götürsək belə, bu, Estoniyadakı hərbi mövcudiyyətimizə təsir etməyəcək. Bu barədə Estoniya müdafiə naziri ilə də müzakirəmiz olub” deyə Con Hili bu narahatlıqlara cavab olaraq bildirib.
Qeyd edək ki, bundan öncə Con Hili NATO-nun Brüsseldəki qərargahında keçirilən Ukraynaya silah tədarükü üzrə əlaqələndirmə qrupunun iclasından sonra bəyan etmişdi ki, Avropa İttifaqının institutları bu prosesdə – “istəkli ölkələr koalisiyası” çərçivəsində Ukraynaya hərbi qüvvə göndərilməsi planlaşdırılmasında iştirak etmir.
Qiymət Mahir
tag: Britaniya,Estoniya,Ukrayna,Hərbi ,Təhlükəsizlik,todaypress.az,