Britaniya Ukraynaya döyüş təyyarələri göndərəcək

Dünya

19.02.2025 11:01

2447

Böyük Britaniya Ukrayna münaqişəsi başa çatdıqdan sonra "Typhoon” qırıcılarını Ukraynaya göndərə bilər.

TodayPress xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. 

Bildirilib ki, bu təyyarələrdən sülhməramlı missiya çərçivəsində ölkənin hava məkanında patrul xidməti həyata keçirmək üçün istifadə olunacaq.

Təyyarələrin Polşada yerləşdiriləcəyi ehtimal edilir.

Nicat Osman

tag: Böyük Britaniya,Ukrayna,Typhoon,Qırıcı,Todaypress.az,