Britaniya Ukraynaya göndərdiyi yardımların sayını açıqladı
"Böyük Britaniya 2022-ci ildən bəri Ukraynaya 12 mindən çox minaatan tədarük edib".
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard məlumat verib.
O, bildirib ki, hökumət təhlükəsizlik səbəbi ilə hər il ətraflı məlumat verə bilmir.
“2022-ci ildən bəri biz Ukraynaya müxtəlif çaplı 12 mindən çox minaatan tədarük etmişik. Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazırıq".
Töhfə Səməd
tag: Böyük Britaniya,Ukrayna,Yardım,Lyuk Pollard,todaypress.az,