Britaniya Ukraynaya sülhməramlılar göndərməyə icazə verdi

Dünya

14.02.2025 19:45

2079

Britaniya Ukraynaya sülhməramlı qoşunlar göndərməyə icazə verir, çünki krallığın bunu etmək imkanı var. 

TodayPress xəbər verir ki, bu barədə “Standard” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

"Böyük Britaniya Ukraynaya sülhməramlılar göndərmək imkanına malikdir" deyə nazirlər kabinetindəki adı açıqlanmayan mənbə bildirib.  

Bundan əlavə, Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Peter Kayl krallığın “sülhün qorunması məsələlərində lider dövlət” olduğunu vurğulayıb. 

Xatırladaq ki, bundan əvvəl, Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya ABŞ prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı təkliflərini rədd etməyi tövsiyə edib. Mənbələr Amerika liderinin hələ sülh danışıqları başlamazdan əvvəl güzəştə getdiyi, Qərbin və Kiyevin mövqelərini zəiflətdiyi barədə fikir bildiriblər. 

Aysel Mətləb

tag: Britaniya ,Ukrayna,Sülhməramlı ,Peter Kayl,todaypress.az,