Britaniya Ukraynaya üçün ABŞ-siz ittifaq yaradır
Britaniya ABŞ-nin iştirakı olmadan “Dörd göz” alyansı yaratmağı təklif edir. Bu ittifaq çərçivəsində Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi mümkün olacaq.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Söhbət “Beş göz”dən (ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanı əhatə edən kəşfiyyat alyansı) çıxmaqdan yox, onun çərçivəsində ABŞ-siz “Dörd Göz” yaratmaqdan gedir” qəzet mənbədən sitat gətirib.
Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin bəzi nümayəndələri ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinə qadağasından qaçmaq üçün alyansda alt qrup yaratmağı təklif edirlər.
Töhfə Səməd
tag: Britaniya,ABŞ,Dörd göz,Kiyev,todaypress.az,