Britaniya Ukraynaya yardımı artırmağa çağırdı
Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna təmas qrupuna daxil olan ölkələri Kiyevə hərbi yardımı artırmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Onun sözlərinə görə, təmas qrupunda iştirak edən ölkələrin müdafiə nazirlərinin əsas vəzifəsi cəbhə xəttinə hərbi yardımın operativ şəkildə çatdırmasıdır.
Nazir bildirib ki, Qərb müttəfiqlərinin bu gün Ukraynaya göstərdiyi istənilən dəstək ona təkcə münaqişənin özündə deyil, həm də bitdikdən sonra davamlı sülhün təmin olunmasında kömək edə bilər.
Türkan İsgəndərli
tag: Britaniya,Ukrayna,Hərbi,Yardım,Todaypress.az,