Britaniya və ABŞ husilərə qarşı birgə əməliyyat keçirdi
Britaniya hərbçiləri ABŞ Silahlı Qüvvələri ilə birlikdə Yəməndə husilərin hədəflərinə qarşı birgə hərbi əməliyyatda iştirak ediblər.
TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Bildirilir ki, əməliyyat aprelin 29-da baş tutub.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu addım husilərin 2023-cü ilin noyabrından başlayaraq Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə qarşı həyata keçirdikləri hücum kampaniyasına cavab olaraq həyata keçirilib.
Əməliyyat çərçivəsində pilotsuz təyyarələrin hazırlandığı husilərə məxsus hərbi obyektlər hədəf alınıb.
Minimal mülki itki riski nəzərə alınaraq dəqiq planlaşdırma aparılıb və zərbələr hava qaraldıqdan sonra endirilib.
Türkan İsgəndərli
tag: Britaniya,ABŞ,Hərbçi,Husi,todaypress.az,