Britaniya və Hindistan sərbəst ticarət sazişi üzrə danışıqları bərpa edəcək

Dünya

24.02.2025 16:30

1318

Böyük Britaniya və Hindistan sərbəst ticarət sazişi bağlamaq üzrə danışıqları bərpa edəcəklər.

TodayPress xəbər verir ki, Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyi tərəfindən verilən açıqlamaya görə, nazir Conatan Reynolds fevralın 24-də Hindistanın Ticarət və Sənaye naziri Piyuş Goyal ilə Yeni Delidə görüşəcək.

Açıqlamada vurğulanıb ki, Hindistan G20 ölkələri arasında növbəti beş il ərzində ən yüksək iqtisadi artımı yaşayacaq və 2028-ci ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacaq. Böyük Britaniyanın Ticarət Nazirliyi əlavə edib ki, Hindistanda orta sinifin güclü artımı, 2035-ci ildə 95 milyon nəfərə çatacaq, Britaniya biznesi üçün böyük imkanlar yaradacaq.

Bildirilib ki, danışıqlar, ötən il Böyük Britaniyada keçirilən seçki kampaniyası zamanı dayandırılsa da, bu günlərdə yenidən başlayacaq və iki gün davam edəcək. Hazırda Böyük Britaniya ilə Hindistan arasında ticarət dövriyyəsi təxminən 41 milyard funt sterlinq (52 milyard dollar) təşkil edir. London və Yeni Deli sərbəst ticarət sazişi üzərində yanvar 2022-ci ildən bəri işləyirlər.

Qiymət Mahir

tag: Böyük Britaniya,Hindistan ,Ticarət,Saziş,todaypress.az,