Britaniya Yaşıllar Partiyasının lideri: “Putinlə oynamaq olmaz”
Almaniyanın Yaşıllar Partiyasının lideri Britta Hasselman Saksoniya federal torpağının baş naziri Mixael Kreçmerin Rusiya ilə bağlı sanksiyaların ləğvi barədə fikirlərini kəskin tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə “N-tv” məlumat yayıb.
Hasselman bildirib ki, Rusiya Ukraynaya zərbələr endirməyə davam etdiyi bir vaxtda Kreçmerin Vladimir Putinlə “yenidən oynamağa” başlaması qəbuledilməzdir. Onun sözlərinə görə, mümkün yumşalma ümumi Avropa yanaşmasından imtina etmək anlamına gələrdi və bu, ciddi bir səhv olardı.
Yaşıllar Partiyasının lideri həmçinin Xristian-Demokrat İttifaqının (XDU) sədri Fridrix Mersə çağırış edərək Kreçmerin bu bəyanatlarına qiymət verməyə və partiyanın Moskva ilə bağlarını mümkün qədər tez kəsməyə çağırıb.
Qiymət Mahir
tag: Almaniya,Rusiya,Vladimir Putin,Sanksiya,todaypress.az,