Britaniyada ərzaqların qiyməti rekord həddə çatdı

Dünya

29.04.2025 13:40

11

Böyük Britaniyada ərzaq məhsullarının qiymətində son 11 ayın ən yüksək göstəricisi qeydə alınıb. 

TodayPress xəbər verir ki, bu barədə  “Reuters" məlumat yayıb.

Britaniya Pərakəndə Ticarət Konsorsiumunun (BRC) açıqladığı hesabatda qeyd olunur ki, aprel ayında ərzaq məhsullarının qiymətləri illik müqayisədə 2,6 faiz artıb.

Bu, mart ayındakı 2,4 faiz artımla müqayisədə daha yüksəkdir və 2024-cü ilin may ayından bəri qeydə alınmış ən sürətli artımdır.

tag: Britaniya,Ərzaq,Qiymət,Artım,Todaypress.az,