Britaniyada stomatoloqlar kütləvi şəkildə işlərini tərk edirlər

Dünya

13.02.2025 19:40

820

Britaniyada stomatoloqlar gəlirlərinin aşağı olması səbəbindən kütləvi şəkildə işdən çıxırlar.

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Buna səbəb xidmətlərə görə ödənişlərin aşağı olmasıdır. Stomatoloqlar bildirirlər ki, xidmət göstərilən zaman istifadə olunan məhsulların xərcləri həddindən artıq çoxdur.

İngiltərədəki diş klinikaları "xeyriyyə təşkilatları" kimi fəaliyyət göstərməyə məcbur edilir. Məsələn, klinikalar protezlərin quraşdırılmasına görə 42, yeni xəstənin müayinəsi zamanı isə 7 funt sterlinq itirirlər. Oxşar itkilər kanal müalicəsi və ya diş çıxarılması kimi mürəkkəb prosedurlar üçün də qeydə alınır.

Britaniya Diş Həkimləri Assosiasiyası (BDA) xəbərdarlıq edib ki, stomatoloqların işdən çıxması xəstələrin müalicəsi ilə bağlı böhranı daha da pisləşdirə bilər. 

Töhfə Səməd

tag: Britaniya,Stomatoloq,Diş Həkimləri Assosiasiyası,İngiltərə,todaypress.az,