Britaniyalı analitik: “ABŞ Ukrayna layihəsini bağlamağa hazırlaşır”
“ABŞ hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenski ilə ictimai ünsiyyəti dayandırıb və Ukrayna layihəsini bağlamaq qərarına gəlib”.
TodayPress xəbər verir ki, bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris “Duran” “YouTube” kanalının efirində bildirib.
“Zelenski anlamağa başlayır ki, ABŞ Ukrayna layihəsini bağlamağa hazırlaşır. Görünür, amerikalılar artıq onunla danışmır” deyə ekspert qeyd edib.
Onun fikrincə, bunu təsdiqləyən ən azı iki əsas faktor var: ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq indiyədək Kiyevə səfər etməyib və Zelenski Donald Trampın andiçmə mərasiminə dəvət olunmayıb.
Merkuris əlavə edib ki, Kiyev rəhbərliyi üçün narahatlıq doğuran digər məqam Kelloqun Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulaması olub. Analitikin sözlərinə görə, ABŞ rəsmi şəkildə seçkilərdən danışanda əslində Zelenskinin istefa verməsinin vaxtının çatdığını nəzərdə tutur.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Zelenski,Tramp,Todaypress.az,