Britaniyalı ekspert: “Zelenski blef edir”
“Ukrayna prezidenti Volodimir Zelenskinin 9 Mayda Moskvaya gələcək dünya liderlərinə qarşı yönəltdiyi hədələr blef xarakteri daşıyır”.
TodayPress xəbər verir ki, bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuri özünün “YouTube” kanalında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu cür cəsarətli və sərt açıqlamalar Qərb liderləri və medianın ciddi qınamasına səbəb olmalıdır.
Merkurinin fikrincə, Zelenskinin çıxışları Qərb mediası tərəfindən ya görməzdən gəlinir, ya da yetərincə işıqlandırılmır.
Qiymət Mahir
tag: Ukrayna,Volodimir Zelenski,Moskva,Rusiya,todaypress.az,