Britaniyalı nazirlər Rusiyaya təzyiqi artırmağa çağırır

Dünya

15.02.2025 12:40

1142

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və müdafiə naziri Con Hili Rusiyaya təzyiqi artırmağa çağırıb.   

TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 

Onlar Ukraynadakı münaqişənin həlli üçün Volodimir Zelenskiyə qəti dəstək verməyə çağırış ediblər.

Nazirlər enerji sektorunda Rusiyaya qarşı sanksiyaların tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Nicat Osman

tag: Nazir,Ukrayna,Britaniya,Rusiya,Dəstək,Todaypress.az,