Britaniyalı siyasətçi: “Kallas Üçüncü Dünya müharibəsinə doğru addımlayır”
“Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallasın Rusiya ilə bağlı sərt bəyanatları ciddi nəticələrə səbəb ola bilər”.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın sosial-mühafizəkar “İrs” partiyasının lideri Devid Kerten sosial şəbəkə “X” hesabında bildirib.
Onun fikrincə, Kallasın Rusiyanın məğlubiyyətinin zəruriliyi barədə dedikləri münaqişənin gərginləşməsinə və genişlənməsinə xidmət edir.
“Rusiya ilə münaqişənin uzadılması və eskalasiyası Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq” deyə Kerten xəbərdarlıq edib və Aİ-nin baş diplomatı Kaya Kallasın istefasına çağırıb.
Qiymət Mahir
tag: Britaniya,Devid Kerten,Avropa İttifaqı,Kaya Kallas,Todaypress.az,