Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırıldı

Dünya

10.03.2025 11:49

1607

Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən (ÇXR) "TASS"a verilən məlumata görə, Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi və digər britaniyalı diplomatın həyat yoldaşı özləri haqqında yalan məlumat verdiyinə və kəşfiyyat-təxribat işlərində iştirakına dair sübutlara görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum ediliblər. Onlara iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.

Töhfə Səməd

tag: Böyük Britaniya,Moskva,Rusiya ,XİN,todaypress.az,