Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edildi
Böyük Britaniyanın səhiyyə
naziri Endryu Qvin “WhatsApp” qrupunda yazdığı şərhlərə görə vəzifəsindən
kənarlaşdırılıb.
TodayPress “Daily
Mail”ə istinadla xəbər verir ki, o, antisemit xarakterli ifadələr işlədib və
hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə
zarafat edib.
Sözügedən
“WhatsApp” qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya
rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər
Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela
Reyner haqqında isə müxtəlif ifadələr işlətdiyi iddia olunur.
Hökumət sözçüsü
məsələyə münasibət bildirərək deyib ki, Baş nazir Kir Starmer ictimai vəzifədə
yüksək davranış standartlarını qorumaqda qətiyyətlidir. O, Endryu Qvinin
partiya üzvlüyündən uzaqlaşdırıldığını da təsdiqləyib: “Biz “WhatsApp” qrupunda
yazılan şərhləri partiyanın qaydaları və prosedurlarına uyğun olaraq
araşdırırıq” adeyə o, qeyd edib.
tag: Britaniya, Baş Nazir, İstefa, Endryu, Partiya, todaypress.az,