Bu gün üç israilli girov azad ediləcək
HƏMAS-ın İsraillə atəşkəs razılaşması çərçivəsində üç girov 498 günlük əsirlikdən sonra bu gün azad ediləcək.
TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Girov saxlanan 3 əsirin müqabilində İsrailin 369 fələstinli məhbusu azad edəcəyi gözlənilir.
Qeyd edək ki, azad ediləcək əsirlər 46 yaşlı Yair Horn, 36 yaşlı ABŞ-İsrailli Sagi Dekel-Chen və 29 yaşlı rus əsilli Aleksandr Trupanovdur.
Nicat Osman
tag: HƏMAS,İsrail,Atəşkəs,Razılaşma,Girov,todaypress.az,