BVF Ukraynaya 900 milyon dollar ayıra bilər
Beynəlxalq Valyuta Fondu (BVF) genişləndirilmiş kredit
proqramı çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını
nəzərdən keçirəcək.
TodayPress-in əlumatına görə, bunu jurnalistlər üçün
keçirdiyi brifinqdə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak deyib.
O, xatırladıb ki, 2024-cü ilin dekabrında BVF ölkənin
altıncı iqtisadi icmalının nəticələrinə əsasən, proqram vasitəsilə Ukraynaya
daha 1,1 milyard dollarlıq vəsait ayırıb. Məlumata görə, ümumilikdə kredit
proqramı üzrə ödənişlərin həcmi hazırda ölkə iqtisadiyyatının növbəti baxışının
nəticələrinə əsasən 9,8 milyard dollar təşkil edir.
“Növbəti auditin aparılması üçün texniki işlər
aparılır. Missiyanın Ukraynaya göndəriləcəyi tarixlər hələ müəyyən edilməyib.
Təsdiqlənən kimi məlumat verəcəyik”, - BVF nümayəndəsi vurğulayıb.
Kozakın sözlərinə görə, fondun nümayəndələri Ukrayna
rəhbərliyinin büdcə siyasəti, gəlirlərin səfərbər edilməsində irəliləyiş,
habelə borc və büdcə dayanıqlığının bərpası ilə bağlı məsələləri öyrənmək
niyyətindədir. Bundan əlavə, onlar idarəetmə islahatlarının həyata
keçirilməsinin gedişatını qiymətləndirmək istəyir=
tag: ABŞ, Culi Kozak, BVF,todaypress.az,