“Bybit” kriptobirjası haker hücumuna məruz qaldı
Kriptovalyuta birjası “Bybit” haker hücumuna məruz qaldığını açıqlayıb.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində 1,5 milyard dollar dəyərində “Ethereum” saxlanılan soyuq cüzdanlardan biri boşaldılaraq naməlum ünvana köçürülüb.
Şirkət digər cüzdanların təhlükəsiz olduğunu və müştəri vəsaitlərinin qorunduğunu bildirib.
“Hətta oğurlanan vəsaitlər geri qaytarılmasa belə, bütün itkilər sığorta fondu hesabına kompensasiya ediləcək” deyə “Bybit” bəyanatında qeyd edib.
Şirkət şəffaflıq və təhlükəsizliyin əsas prioritet olaraq qaldığını vurğulayıb.
Bununla yanaşı, “Bybit” qurucusu Ben Çjao hücumdan sonra platformada kütləvi vəsait çıxarışlarının qeydə alındığını etiraf edib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmaları şirkətin təhlükəsizlik mütəxəssisləri və aparıcı blokçeyn kriminalistika ekspertləri aparır.
Qiymət Mahir
tag: Kriptovalyuta ,“Bybit” ,Ben Çjao,Hücum,todaypress.az,