“Cargo Dragon”un orbitə uçuş tarixi açıqlandı

Dünya

15.04.2025 12:48

25

“Cargo Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya avtomatik rejimdə birləşməsi planlaşdırılır.

TodayPress xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Kosmik tədqiqat agentliyinin açıqlamasına görə, “SpaceX” şirkətinin çoxdəfəlik yük daşıyan kosmik gəmisi aprelin 22-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşdiriləcək. Uçuş isə bir gün əvvəl – aprelin 21-də həyata keçiriləcək.

Gəmi Amerika seqmentinə aid “Harmony” moduluna avtomatik rejimdə birləşməlidir.

“Cargo Dragon” BKS-yə 2,9 ton qida məhsulları, elmi avadanlıqlar və müxtəlif təcrübələr üçün materiallar çatdıracaq.

NASA bildirib ki, gəmi may ayında stansiyanı tərk edəcək.

Qiymət Mahir

tag: Cargo dragon,Orbit,BKS,NASA,todaypress.az,