Castin Trüdo göz yaşlarını saxlaya bilmədi

Dünya

07.03.2025 18:26

1500

Kanadanın Baş naziri Castin Trüdo son iş günündə göz yaşlarına boğulub. 

TodayPress xəbər verir ki, bu barədə görüntülər "CTV News" tərəfindən yayımlanıb.

O, ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı apardığı “tarif müharibəsi”ndən danışarkən kövrəlib. “Mən kanadalıları birinci yerə qoydum və hər gün onları dəstəklədim. Hətta bu hökumətin son günlərində də sizi dəstəkləyəcəyəm. Biz bu gün və gələcəkdə kanadalıların məğlub olmasına icazə verməyəcəyik” deyə Baş nazir qeyd edib.

Türkan İsgəndərli

tag: Kanada,Baş Nazir,Custin Trüdo,Ağlamaq,Todaypress.az,