Çeçenistanda partlayış- 3 nəfər öldü

Dünya

14.04.2025 22:10

15

Çeçenistanın Naurski rayonunda yanacaq daşıyan avtomobilin yanacaq doldurma məntəqəsində partlaması nəticəsində 3 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu haqda İstintaq Komitəsinin regional şöbəsi məlumat yayıb.

"Naurski rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qaz partlayışı və 3 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu gün saat 16 radələrində Naurski rayonunun Novoterskoye kəndindəki yanacaqdoldurma məntəqəsində yanacaq çənində qaz partlayışı baş verib, nəticədə hadisə yerində olan 3 nəfər həlak olub" məlumatda deyilir.

Məlumatda həmçinin hadisə yerində araşdırma aparıldığı qeyd olunub.

tag: Çeçenistan, Qəza, Partlayış, Naurski , Yanacaqdoldurma, Məntəqə, Ölüm, todaypress.az,