Ceffri Saks: “ABŞ artıq Ukrayna münaqişəsinin səbəblərini anlayır”
Amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Ceffri Saks ABŞ-nin Ukrayna münaqişəsinin əsas səbəblərini və onun həlli üçün zəruri elementləri anlamağa başladığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “RIA” məlumat yayıb.
“Burada üç əsas məsələ var: Ukraynanın neytral statusu, ərazilərin bölgüsü və Ukrayna, Rusiya və digər tərəflər üçün kollektiv təhlükəsizlik mexanizmləri. Görünür, ABŞ bu məsələlərin köklü səbəblərini anlama baxımından daha realist mövqe tutur” deyə Saks vurğulayıb.
Qiymət Mahir
tag: Ceffri Saks,ABŞ,Ukrayna,Rusiya,todaypress.az,