Cənubi Avropa ölkələri Aİ-nin planına qarşı çıxdı
Avropa İttifaqının (Aİ) Cənubi Avropa üzvləri Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin Avropa ordularını gücləndirmək üçün 150 milyard avroluq kredit ayrılması planını dəstəkləməkdən imtina ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Jurnal xatırladıb ki, Ursula fon der Lyayen bu təşəbbüsü ABŞ-dən asılılığı azaltmaq məqsədilə irəli sürüb.
Lakin iqtisadi borc yükü onsuz da yüksək olan Cənubi Avropa ölkələri, o cümlədən İtaliya, İspaniya və Yunanıstan kreditlər əvəzinə “müdafiə istiqrazları” adlandırılan və Aİ büdcəsindən ayrılacaq birbaşa qrantlara üstünlük verməyi təklif edirlər.
Qeyd edək ki, bu fikir ayrılığı Aİ daxilində müdafiə strategiyasının maliyyələşdirilməsi məsələsində konsensusun hələlik formalaşmadığını göstərir.
Qiymət Mahir
tag: Cənubi Avropa,Avropa İttifaqı,Plan,Narazılıq,Todaypress.az,